"Sənə nə? Qadın istəsə hicab taxar, istəməsə taxmaz" - Kılıçdaroğlu

Hit: 248
"Sənə nə? Qadın istəsə hicab taxar, istəməsə taxmaz" - Kılıçdaroğlu

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu "Dünya Avşarlar Mədəniyyət və Həmrəylik Dərnəyi"nin ildönümündə çıxış edərkən maraqlı açıqlamaları ilə yadda qalıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu partiyalarının keçmişdə yanlışlara yol verdiyini bildirib və qeyd edib:

"Həqiqəti danışaq. Bir hicab məsələsini Türkiyənin ən təməl problemi etdik. Sənə nə var qardaşım? Qadın istəsə hicab taxar, istəməsə taxmaz. Qız uşağı universitetə gedirmi, oxuyurmu, şərait yaradılırmı? Dərdin o olmalıdır. Uşaqlarımız oxumalı, elm öyrənməli və həyatı sorğulamalıdır".









Redaktorun seçimi