Məşhur aparıcı TÜRKLƏRİ TƏHQİR ETDİ - Hansısa Həsənov, sən ƏCLAFSAN !

Hit: 197
Məşhur aparıcı TÜRKLƏRİ TƏHQİR ETDİ - Hansısa Həsənov, sən ƏCLAFSAN !

Tatarıstan sakinləri Rusiya baş prokuroru Yuriy Çaykaya müraciət ediblər.

Faktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Türk Respublikasının sakinlərinin müraciətinə səbəb məşhur teleaparıcı Vladimir Solovyovun tatar xalqını təhqir etməsi olub.

Məlumata görə, Vesti Fm radiosunda çıxış edən Solovyov şərq ləhcəsində tatar dinləyicinin şərhini oxuyub və qışqıraraq deyib.

"Tatarıstandan olan hansısa Həsənov, sən əclafsan! Kimin tərəfindəsən,əclaf ? Səfil, putinoid... Sən axı kiminsən ? Telefon nömrəni verəcəm,sənin kimiləri yoxlamaq lazımdır. Birdən onlar İŞİD-ə keçirlər"- deyə Solovyov fikrini tamamlayıb.

Efirdə baş verən biabırçı və təhqiredici çıxış Tatarıstan hökumətinin də hiddətinə səbəb olub.

Kazan Kremlinin rəsmisi Liliya Halimova Vladimir Solovyovun fikirlərini qeyri-etik adlandırıb.









Redaktorun seçimi