Dəhşətli təyyarə qəzası, ölənlər var - VİDEO - FOTOLAR

İspaniyanın Viqo şəhərindən İstanbula uçan Antonov-12 tipli yük təyyarəsi Ukraynanın Lvov şəhərinin beynəlxalq hava limanı yaxınlığında qəza enişi edib.
Faktor.az Publika.az-a istinadən xəbər verir ki, qəza zamanı təyyarədə olan 8 nəfərdən 5-i həlak olub. Digərləri yaralıdır.
İlkin məlumatlara görə, hadisəyə səbəb təyyarənin yanacağının bitməsi olub.
Ukrayna infrastruktur naziri Vladislav Krikli təyyarənin qalıqlarının tapıldığını və qəzanəın səbəblərinin araşdırıldığını deyib.


