Trampla ünsiyyət qurmağı rədd etdim - Ruhani açıqladı

Hit: 193
Trampla ünsiyyət qurmağı rədd etdim - Ruhani açıqladı

İran prezidenti Həsən Ruhani Nyu-Yorkda təşkil edilən BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində amerikalı həmkarı Donald Trampla telefon əlaqəsindən imtina etdiyini təsdiq edib.

Redaktor.az xəbər verir ki, barədə İran lideri nazirlər kabinetinin toplantısında açıqlama verib. O bildirib:

“Amerikalılar üçün bu məsələnin rezonans yaratması çox önəmli idi. Bu formada onlar daxili siyasətdə şərtləri öz lehinə çevirmək istəyirdi. Bizim üçün onların hədəfi deyil öz maraqlarımız önəmlidir”.

Qeyd edək ki, xarici KİV-lər Fransa prezidenti Emmanuel Makronun Tramp və Ruhani arasında telefon əlaqəsi yaratmağa çalışdığını yazmışdı. Lakin Ruhaninin imtinası nəticəsində telefon əlaqəsi baş tutmayıb.









Redaktorun seçimi