Kiyev meriyasında qarət - Deputatdan 32 min dollarlıq saat oğurlandı

Hit: 227
Kiyev meriyasında qarət - Deputatdan 32 min dollarlıq saat oğurlandı

Kiyev (Ukrayna) meriyası qarşısında şəhər şurasının deputatı Georgi Yasinskinin saatını oğurlayıblar.

Strana.ua xəbər verir ki, cibgirlər “Həmrəylik” partiyasının təmsilçisinin “Breguet” markalı saatını ələ keçirməyə nail olublar.

Yaxınlarının sözlərinə görə, saatın orta hesabla 32 min dollar (54,5 min manat) qiyməti var.

Faktla bağlı cinayət işi qaldırılıb.









Redaktorun seçimi