İran Səudiyyə Ərəbistanına yenə hücum etməyə hazırlaşır - Husilər xəbər ötürdülər

Hit: 239
İran Səudiyyə Ərəbistanına yenə hücum etməyə hazırlaşır - Husilər xəbər ötürdülər
İran Səudiyyə Ərəbsistanına yenə hücum etməyə hazırlaşır.
 
Faktor.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Yəmənli üsyançılar tərəfindən Amerika və Səudiyyə diplomatlarına məlumat çatdırılıb. Yaxın zamanda hücumun baş verəcəyi bildirilir.
 
Məlumata görə, Səudiyyə hakimiyyəti hadisədən əvvəl əsas infrastrukturun təhlükəsizlik səviyyəsini artırıb. Onlar ölkənin mülki hava limanlarına da yeni hücumların olunmasından qorxurlar.
 
Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə "Saudi Aramco"nun ən böyük iki emalı zavodu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Hücumun məsuliyyətini Yəmənli üsyançılar öz üzərinə götürüb. Lakin ABŞ onların hücumuna şübhə edərək, İran hakimiyyətini günahlandırıb. Tehran isə bu ehtimalları rədd edir.








Redaktorun seçimi