ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi

34 dəfə oxunub
ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi
ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Nyu-Yorkda hərəkətini məhdudlaşdırıb. 
 
Bu barədə XİN rəhbərinin müavini Abbas Arakçi “Twitter” səhifəsində xəbər verib.
 
“Amerika vizası ona (Zərifə) telestudiyaya getməyə imkan vermir, buna görə studiya İranın Nyu-Yorkdakı missiyasına gəlib”, — deyə o yazıb.
 
 
Arakçinin postuna İranın xarici işlər nazirinin CBS “Face The Nation” proqramının müxbirlərinə müsahibə verdiyi şəkil də birləşdirilib.



Redaktorun seçimi