Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi

42 dəfə oxunub
Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi

Ukrayna və Türkiyə aviasiya sahəsində əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.

Faktor.az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakov Tvitter hesabında qeyd edib. O bildirib ki, türkiyəli həmkarı Süleyman Soylu ilə birlikdə bu məsələdə razılığa gəlib.

"Türkiyə İstanbulda keçirilən "Texnofest" texnogiya festivalı zamanı sərgiyə çıxarılan AN-178 təyyarəmizlə maraqlandı", - deyə tvit atan ukraynalı nazir Süleyman Soylunu Ukrayna Daxili İşlər Nazirliyinin tətqiqatlarına qatılmağa dəvət etdiyini bildirib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi də "Texnofest" festivalı üçün İstanbula gələn Avakov ilə Soylu arasında heyətlər arasında iclas keçirilməsi barədə məlumat yaymışdı.



Redaktorun seçimi