Medvedev erməni generalı BİABIR ETDİ: Tövsiyə edirəm ki...

Hit: 258
Medvedev erməni generalı BİABIR ETDİ: Tövsiyə edirəm ki...

Kalininqrad vilayətində raketdən müdafiə sistemini keçmək planları barədə Amerika generalının söylədiklərini axmaq ideyadır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.

Baş nazir Vaşinqtondakı partnyorlarına Səudiyyə Ərəbistanındakı neft obyektlərini qorumağa imkan verməyən müdafiə sistemlərinin vəziyyətinə diqqət yetirməyi tövsiyə edib.

Qeyd edək ki, Medvedev bununla da ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyanın fikirlərini şərh edib. Amerika generalı daha əvvəl bildirib ki, ABŞ Silahlı Qüvvələri Kalininqrad vilayətində Rusiyanın hava hücumundan güclü müdafiə sistemini keçməyə imkan verən planlar hazırlayıb.

Əlavə edək ki, ABŞ istehsalı hava hücumundan müdafiə sistemlərinə malik olan Səudiyyə Ərəbistanının sentyabrın 14-də neft obyektlərinə edilən raket hücumunun qarşısını ala bilməməsi ciddi müzakirə mövzusuna çevrilib.









Redaktorun seçimi