Hər 11 saniyədə bir körpə, hər gün 800 hamilə qadın ölür - BMT-dən dəhşətli STATİSTİKA

Hit: 248
Hər 11 saniyədə bir körpə, hər gün 800 hamilə qadın ölür - BMT-dən dəhşətli STATİSTİKA

BMT uşaq və hamilə qadınların ölümlərində bütün dünyada azalma müşahidə olunduğunu açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, verilən məlumatlara görə, doğum əsnasında və hamiləlik zamanında baş verən ölümlər 3-də 1 nisbətində azalıb. Hamilə qadın ölümlə 2000-ci ildə 451 min olduğu halda, 2017-ci ildə bu rəqəm 295 minə qədər geriləyib.

2000-ci ildən bu yana 5 yaş altı uşaqlar arasında görülən ölümlərin də yarı-yarıya azalaraq ildə 5.3 milyona düşdüyü qeyd edilib. Bu ölümlərin yarısı ilk 1 ayda gerçəkləşən ölümlərdir. 2018-ci ildə isə hər gün təxminən 7 min yeni doğulan körpə həyatını itirib.

Açıqlanan məlumatlarda ölümlərin azaldığı bildirilsə də, hələ də gündə 800 qadın hamiləlik dönəmində və ya doğum anında həyatını itirir. 13 ölkədə isə ölümlər bütün dünyadan fərqli olaraq artıma doğru getməkdədir və bu ölkələr arasında daxili savaşların davam etdiyi Suriya, iqtisadi böhranla üz-üzə qalan Venesuela yer alır.

BMT doğumun təhlükəsizlik bir şəkildə baş tutması üçün xidmətə əlçatımlılığın bərabər olmadığına diqqət çəkib. Vəziyyətin əsasən Afrika ölkələrində ağır olduğu deyilib. Gəlir səviyyəsinin yüksək olduğu ölkələrlə müqayisədə hamilə ölümləri Afrikada 50 dəfə daha çoxdur. Həmçinin yoxsul ölkələrdə körpələrin ölümlə qarşı-qarşı qalma ehtimalının 10 qat daha yüksək olduğu qeyd edilib. Belə ki, bu bölgədə hər 13 uşaqdan biri 5 yaşına girmədən dünyasını dəyişir. Avropa ölkələrdində isə bu nisbət hər 196 uşaqdan bir olaraq dəyişir.









Redaktorun seçimi