Adi öskürəklə həkimə getdi, əl-ayağını kəsdilər - Dəhşətli diaqnoz

Hit: 235
Adi öskürəklə həkimə getdi, əl-ayağını kəsdilər - Dəhşətli diaqnoz

Tibb bacısı olan 43 yaşlı qadın 1 ay ağır öskürəkdən əziyyət çəkir və nəhayət, xəstəxanaya gedir. Həkimlər ona pnevmoniya və sepsis diaqnozu qoyur. 

Artıq çox gecikdiyindən müalicələr effekt vermədi və qadının daxili orqanları hissə-hissə sıradan çıxmağa başlayırdı.

 Britaniyanın Cənubi Uels sakini sepsisdən 9 həftəlik komaya düşür. Bu ərəfədə onun təzyiqi o qədər aşağı düşür ki, qol və ayaqlarına qan işləmir. Həkimlər məcbur qalıb əl-ayaqlarını amputasiya edirlər.

Komadan çıxdıqdan sonra əl-ayağının kəsildiyini görən qadın bir müddət ağır depressiyaya düşür.

"Mən elə bilirdim ki, bu adi öskürəkdir, ona görə səs-küy salmadım, bilsəydim, başıma bunlar gələcək, tez həkimə gedərdim".

İndi səhhəti özünə gələn qadın üçün ən müasir protez alınması üçün pul yığımına başlanılıb və ona yaxınları dəstəkdir.

 









Redaktorun seçimi