Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi

Hit: 158
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Moskvada polis həmkarlarına atəş açıb.
 
Buna səbəb həmin şəxslərin 2 min rubl məbləğində rüşvət alması olub. Belə ki, qətli törədən polis hadisəni həmkarları rüşvət alan anda törədib. Onlardan digəri isə yaralı halda xəstəxanaya çatdırılıb.
 
İnsidentin Moskva metrosunun "Ryazansk prospekti" stansiyası yaxınlığında baş verdiyi deyilir. İddialara görə, rüşvət sənədi olmayan qanunsuz miqrantın sərbəst buraxılması qarşılığında alınıb.
 
Xəstəxanaya çatdırılan yaralı polis də dünyasını dəyişib. Bəzi KİV isə məlumatı təkzib edir və polisin hazırda əməliyyat edildiyini yazır.








Redaktorun seçimi