Gəlinlə bəy qızıl satıcısının başını qatdı, QAYINANA ÜZÜYÜ OĞURLAD - VİDEO

Hit: 365
Gəlinlə bəy qızıl satıcısının başını qatdı, QAYINANA ÜZÜYÜ OĞURLAD - VİDEO

Türkiyənin Adana şəhərində qızı və kürəkəni ilə girdikləri qızl mağazasından üzük oğurlayan qadın təhlükəszilik kamerasına düşüb.

Sevil A. qızı Kibar K. (19) və Kibarın nişanlısı Şeyhmus G. (26) qızıl mağazasına daxil olublar. Satıcıya qızıl almaq istədiklərini deyən Sevil A. vitrindəki üzüklərə baxmağa başlayıb.

Bu məqamda Kibar A. ilə nişanlısı Şeyhmus G. satıcının başını qatıblar. Sevil A. da vitrində olan min 500 lirəlik üzüklərdən birini oğurlayıb. Sonra şübhəlilər alış-veriş etmədən iş yerindən gediblər. Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Soyulduğunu görən iş yeri sahibi polisə zəng edib. Polislər şübhəlilərin istifadə etdikləri avtomobilin qeydiyyat nişanını öyrənincə onların yaşadıqları ünvanı müəyyən ediblər.

Qısa zamanda yaxalanan şübhəlilərdən Sevil A. pula ehtiyacı olduğunu, oğurladığı üzüyü satdığını bildirib.

 

İstintaq davam edir.









Redaktorun seçimi