SON DƏQİQƏ: prezidentin qatıldığı mitinqə bombalı hücum

Hit: 218
SON DƏQİQƏ: prezidentin qatıldığı mitinqə bombalı hücum

Əfqanıstan prezidenti Əşrəf Qaninin qatıldığı mitinqə bombalı hücum təşkil olunub.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, səlahiyyətli şəxslər hücumun Pərvan əyalətinin Cəngəl Bağ bölgəsində mitinq üçün toplaşan qələbəliyin arasında gerçəkləşdiyini bildirib.

Törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda 28 sentyabrda prezident seçkiləri keçiriləcək.









Redaktorun seçimi