Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq

20 dəfə oxunub
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq

Ukrayna höküməti 2020-ci il büdcə layihəsində 245 milyard qrivnadan çox vəsaiti müdafiə və təhlükəsizlik məsələlərinə ayırıb.  

RBK xəbər verir ki, bu haqda ölkənin maliyyə naziri Oksana Markarova bildirib.

“Biz 245,8 milyard qrivnanı müdafiə və təhlükəsizliklə bağlı qurumlara yönəltməyi nəzərdə tutmuşuq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sahə büdcə xərclərinin prioritet istiqaməti hesab olunur.

Sentyabrın 15-də Nazirlər kabineti “Ukraynanın 2020-ci ilə dövlət büdcəsi haqqında” qanun layihəsini Ali Radaya təqdim edib.



Redaktorun seçimi