Honq Konqda etirazlar 3 aydır ara vermir

Hit: 160
Honq Konqda etirazlar 3 aydır ara vermir

Honq Konq polisi Qanunvericilik Şurası yaxınlığına yanacaq bombaları atan etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Bəzi nümayişçilər Çinin Xalq Azadlığı Ordusunun bazası önündəki polis işçilərinə kərpic atıb, Çin Xalq Respublikasının təsisinin 70-ci ildönümü ərəfəsində asılan qırmızı plakatları yandırıb.

Yanacaq bombası su şırnağı maşınlarından birinin yanmasına səbəb olub. Mavi su reaktivləti iə çalışan bu maşınlar daha sonra nümyişçilərin müəyyən edilməsinə yardım edir.

Mövcud iğtişaşlar əvvəlcə Çinə ekstradisiyaya icazə verilməsi üçün planlaşdırılan qanun layihəsinə qarşı qəzəbdən qaynaqlanıb, lakin daha sonra demokratiya və Pekindəki kommunist rəhbərlərinin şəhərdən əl çəkmək çağırışlarına səbəb olub.

Bundan əlavə bir çox gənc etirazçı yaşayışın baha olmasından və iş perspektivlərinin olmamasından narazıdır.

Eirazlar artıq 3 aydır davam edir.









Redaktorun seçimi