Həmyerlimiz Rusiyada deputat seçildi

15 dəfə oxunub
Həmyerlimiz Rusiyada deputat seçildi

Həmyerlimiz Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə qeyd edib.

“Sentyabrın 8-də Rusiya Federasiyasında keçirilən seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən və Vahid Rusiya Partiyasının üzvü olan həmyerlimiz Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib”, - A. Mirzəzadə bildirib.

Qeyd edək ki, 1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. O, 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir.



Redaktorun seçimi