Türk Hava Yolları pulsuz bilet paylayır - Aldanmayın!

Hit: 287
Türk Hava Yolları pulsuz bilet paylayır - Aldanmayın!

Sosial şəbəkələrdə Türkiyə Hava Yollarının pulsuz bilet paylaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində məlumat paylaşıb.

“Sosial media platformalarında ”100-cü ildönümümüzü qeyd edir və hər kəsə 2 pulsuz bilet veririk” başlığı ilə THY tərəfindən təşkil olunmuş kimi görünən və qurum adından hədiyyə bilet təklif edən saxta anket məlumatlarının yayıldığı təsbit edilib”, - qurum sözçüsü bildirib.

Qeyd edək ki, THY-nın pulsuz bilet verməsi ilə bağlı link Türkiyədə olduğu kimi, Azərbaycanda da Votsap və digər sosial şəbəkələr vasitəsilə paylaşılıb.









Redaktorun seçimi