ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları yumşaldır - İDDİA

15 dəfə oxunub
ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları yumşaldır - İDDİA

İddiaya görə, ABŞ prezidenti Donald Tramp 2 həftə öncə Fransa prezidenti Emanuel Makron ilə görüşündə Avropanın nüvə müqaviləsini qorumaq üçün İrana "15 milyard dollar kredit və ya neft sanksiyalarının yumşaldılması" təklifinə müsbət yanaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın "Daily Beast" xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo da daxil olmaqla, ABŞ höküməti Makronun təklifinə açıqdır.

Trampın sanksiyalar səbəbi ilə İranın sata bilmədiyi neftə qarşılıq olaraq Avropa ölkələri tərəfindən Tehrana 15 milyard dollar kredit verməsi təklifini qəbul etməsi ya da sanksiyaları yumşaltmasının gözlənildiyi bildirilib.

Qeyd edək ki, Emanuel Makron və Donald Tramp avqustun sonlarında Fransada keçirilən G7 Zirvəsində bir araya gəlmişdilər. Eyni zamanda Makron İran Xarici İşlər naziri Cavad Zərifi də Fransaya dəvət etmiş və görüş keçirmişdi. Makronun Trampa İran neftinə tətbiq edilən sanksiyaları yumşaltmağı təklif etməsi iddiaları da o günlərdə mediada yer almışdı.



Redaktorun seçimi