Həsən Ruhani Makronla telefonda danışıb - "Geri dönüş hər an mümkündür"

İran prezidenti Həsən Ruhani və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə İran rəsmi mənbələri məlumat verib. Məlumatda bildirilib ki, Ruhani və Makron nüvə anlaşmasını, ABŞ ilə davam edən danışıqları müzakirə ediblər.
ABŞ-ın çox yönlü beynəlxalq bir müqavilə olan nüvə müqaviləsindən çəkilərək məsuliyyətdən qaçdığını bildirən Həsən Ruhani deyib ki, sanksiyalar davam etdiyi müddətdə müzakirələrin heç bir mənası yoxdur. O qeyd edib ki, İranın atdığı üçüncü addım Beynəlxalq Aton Enerjisi Agentliyinin (UAEA) nəzarətində həyata keçiriləcək və geri dönüş hər an mümkündür, İran və 5+1 ölkələri arasında iclas sadəcə sanksiyalar aradan qalxarsa mümkün ola bilər.
Emanuel Makron yeni anlaşma üçün ABŞ ilə keçirdiyi görüşləri Ruhaniyə bildirib və Fransanın nüvə anlaşmasının tətbiq edilməsi üçün çalışdığını qeyd edib.


