Tayvanda 5 min ördək məhv edildi - "Quş qripi"nə görə

41 dəfə oxunub
Tayvanda 5 min ördək məhv edildi - "Quş qripi"nə görə

Tayvanın cənubunda fermaların birində "quş qripi" ilə əlaqədar 5 min ördək məhv edilib.

Faktor.az Trend-ə istinadən bildirir ki, Vandan şəhəri yaxınlığındakı fermaların birində H5N2 quş qripi virusu ştammı aşkar edilib.

Qeyd olunur ki, fermada ümumilikdə 5 119 ördək məhv edilib.

Həmin fermada, eləcə də qonşu fermalarda sterilizə əməliyyatları keçirilib.



Redaktorun seçimi