Mixael Şumaxer 6 ildən sonra komadan ayıldı

76 dəfə oxunub
Mixael Şumaxer 6 ildən sonra komadan ayıldı

Almaniyalı məşhur "Formula-1" pilotu Mixael Şumaxer 6 ildən sonra komadan ayılıb. 

BAKU.WS xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb. 

"Formula-1" üzrə yeddiqat dünya çempionu Parisdəki xəstəxanada müalicə olunur.

Məlumatı klinikanın nümayəndəsi təsdiqləyib. Yaxın vaxtlarda Şumaxerə FİA prezidenti Jan Todt baş çəkməyə hazırlaşır. 

Qeyd edək ki, Mixael Şumaxer 2013-ci ilin sonunda xizək sürərkən yamacdan yıxılıb. O, başından ağır xəsarət alıb və həmin vaxtdan bəri koma vəziyyətində olub.



Redaktorun seçimi