ABŞ səfirliyində GÜCLÜ PARTLAYIŞ - 18 il sonra... - VİDEO - FOTOLAR

29 dəfə oxunub
ABŞ səfirliyində GÜCLÜ PARTLAYIŞ - 18 il sonra... - VİDEO - FOTOLAR

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi atəşə tutulub.

Redaktor.az AFP agentliyinə istinadən xəbər verir ki, terrorçuların atdığı raket səfirliyin yaxınlığına düşüb. Ardınca ərazidə şiddətli partlayış səsi eşidilib. Ərazidə yerləşən tikililərə ciddi ziyan dəyib. 

Amerikalı diplomatlar hadisəni təsdiqləyib. Ölənlər barədə məlumat yoxdur. Xəsarət alanların olduğu bildirilir. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, hücumun  “Əl-Qaidə” terror təşkilatının Nyu-Yorkda törətdiyi “11 sentyabr” partlayışlarının 18-ci il dönümünə təsadüf etməsi diqqət çəkir.

1
1



Redaktorun seçimi