Çavuşoğludan sərt mesaj: Nəticə olmasa, girəcəyik!

23 dəfə oxunub
Çavuşoğludan sərt mesaj: Nəticə olmasa, girəcəyik!

ABŞ terror qruplaşmasına verdiyi vədlərə görə sözünü tutmayıb və Menbiç yol xəritəsi gözardı edilib.

Faktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-la birgə bəzi patrullar aparılır, ancaq bunlardan başqa atılmış addımlar kosmetik xarakter daşıyır. ABŞ bir tərəfdən bizimlə bu kosmetik addımları atdığı halda digər tərəfdən PYD-PKK ilə əməkdaşlığı gücləndirməyə, onlara dəstək olmağa davam edir. Bu vəziyyətdə Türkiyə nə edəcək? Cənab Prezidentin də dediyi kimi, burada ABŞ terrorçulara bir təhlükəsiz bölgə yaratmaq məqsədi daşıyır. Türkiyənin planı hazırdır. Bura girib bölgənin terror qruplaşmasından təmizlənməsini təmin etmək bizim üçün milli təhlükəsizlik məsələsidir. Müzakirələrdən və əməkdaşlıqdan bir nəticə çıxmasa, biz istənilən hazırlıqları görmüşük, bu bölgəyə girərik. Afrində, “Fərat qalxanı” bölgəsində olduğu kimi, buraları da təmizləyərik”, - Çavuşoğlu bildirib. (axar.az)



Redaktorun seçimi