Rusiya “Kukuruznik”ləri arxivə göndərir tarixə qovuşur

Hit: 193
Rusiya “Kukuruznik”ləri arxivə göndərir tarixə qovuşur
Rusiyada "An-2" "dərmansəpən"i əvəz etmək üçün yeni regional təyyarə yaradılacaq.
Faktor.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Yeni təyyarədə 9-14 nəfərin uça biləcəyi qeyd edilir. Ümumilikdə işlərə 1,2 milyard rubl xərclənəcəyi planlaşdırılır. Nümunə aparatı 2020-ci ilin dekabrına kimi hazırlanacaq.
 
Bildirilir ki, əvvəlcə bu model təyyarənin istehsalına 2021-ci ildə başlanılması planlaşdırılan "Baykal" turbulent təyyarəsi ilə əvəzlənməsi nəzərdə tutulurdu.
 
Qurumdan bildirilib ki, sentyabrda "Baykal"ın taleyi, həmçinin yeni təyyarənin yaradılmasında onun hansı texnoloji xüsusiyyətlərindən istifadə olunacağı barədə qərar qəbul ediləcək.








Redaktorun seçimi