Türkiyə hərbi təyyarələri 9 terrorçunu məhv etdi

39 dəfə oxunub
Türkiyə hərbi təyyarələri 9 terrorçunu məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Faktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində məlumat verilib.

Qeyd edilib ki, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonu və ətrafında "Pəncə" şərti adı altında irimiqyaslı anti-terror əməliyyatları həyata keçirilir.



Redaktorun seçimi