Banqladeşdə avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb

Hit: 145
Banqladeşdə avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb

Banqladeşin mərkəzi hissəsində avtobusun körpüdən aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “TASS” istinadən xəbər verir ki, bu barədə “Bdnews24” agentliyinə polisdən məlumat verilib.

Qeyd olunub ki, hadisə şəhərlərarası magistral yolda baş verib. Belə ki, avtobus hərəkət zolağından kənara çıxaraq maneəyə çırpılıb və dərəyə yuvarlanıb.

Altı nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada vəfat edib. Bütün yaralılar xəstəxanalara aparılıb. Yerli qurumlar ölənlərin sayının artacağının ehtimal olunduğunu bildirib. 









Redaktorun seçimi