2020-ci ildə BKS-ə uçacaq kosmonavtların adları açıqlandı

Hit: 166
2020-ci ildə BKS-ə uçacaq kosmonavtların adları açıqlandı

Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində (KHM) 2020-ci ildə "Soyuz MS-17" və "Soyuz MS-18" kosmik gəmilərində Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək kosmonavtların adları açıqlanıb.

KHM saytının məlumatına əsasən, BKS-65/66-ın tərkibində Anatoli İvanişin və İvan Vaqner olacaq.

Sergey Rıjikov və Sergey Kud-Sverçkov onların dublyoru təyin edilib. İvanişin artıq iki dəfə kosmosda olub, Rıjikov bir kosmik uçuş edib, Vaqner və Kud-Sverçkov üçün isə bu, ilk kosmos səyahəti olacaq.

Ekspedisiyanın yola düşəcəyi dəqiq tarix hələlik açıqlanmır.

Qayda olaraq, "Soyuz" ekipajının üç üzvündən biri, adətən, əcnəbi olur. Lakin "Soyuz MS-17" və "Soyuz MS-18" ekipajına əlavə olunacaq daha iki kosmonavtın kimliyi barədə hələlik məlumat verilmir.









Redaktorun seçimi