Rusiyada piylənmədən əziyyət çəkənlərin sayı artıb

Hit: 184
Rusiyada piylənmədən əziyyət çəkənlərin sayı artıb
Rusiyada son beş ildə piylənmə diaqnozu qoyulan insanların sayı təxminən 1,5 dəfə artıb. 
 
Xəbəri vesti.ru yayıb.
 
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin məlumatına görə, əgər 2013-cü ildə ölkədə 1.4 milyon obez xəstə qeydə alınmışdısa, 2018-ci ildə onların sayı 2 milyonu ötüb.
 
Altay diyarı ötən il bu mənada lider olub: 100 min nəfərin 5566.9-unda piylənmə aşkarlanıb. Ardınca Kurqan (2711.4 nəfər) və Tümen bölgələri (2634.9 nəfər), Yamalo-Nenets Muxtar Dairəsi (2626.7 nəfər), həmçinin Orenburq Bölgəsi (2319 nəfər) gəlir.
 
2018-ci ildə ən az piylənmə halları Primorsk ərazisində  (100 min nəfərə 387,6), bundan əlavə, Kabardino-Balkarda (100 min nəfərə 578,5), Moskva (588.2), Kalininqrad vilayətində (618.3) və Yakutiyada (627) qeydə alınıb.








Redaktorun seçimi