ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib

Hit: 184
ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu barədə "Axios" nəşriyyatı Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə istinadən yazıb.

Məlumata əsasən, ümumilikdə mərkəzin mütəxəssisləri 28 iyul tarixindən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəliklərini araşdırırlar. İlkin məlumatlara görə, xəstəliklər elektron siqaret istifadəsindən qaynaqlanır.

Bildirilir ki, veyp siqareti çəkən bir nəfər insan ölüb. O ağır tənəffüs xəstəliyi ilə xəstəxanaya yerləşdirilmişdi.

Deyilir ki, iyunun 28-dən avqustun 15-dək ABŞ-da gənc elektron siqaret istehlakçıları arasında 94 ağciyər xəstəlikləri halları qeydə alınıb.

 








Redaktorun seçimi