Türkiyə Pəncə-3 əməliyyatına başladı

Hit: 198
Türkiyə Pəncə-3 əməliyyatına başladı

Türkiyə ordusu İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı Pəncə-3 əməliyyatına başlayıb.

Faktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatın məqsədinin Türkiyə sərhədlərinin təhlükəsizliyinin təminatı, terrorçuların məhvi olduğu bildirilib.

Qeyd edək ki, Türkiyə may ayında Pəncə-1 əməliyyatına start verib. İyul ayında əməliyyat genişləndirilib və Pəncə-2 adını alıb. (axar.az)









Redaktorun seçimi