İranda qadınlar bunu geyinməsin, kişilər isə... - Qadağa

Hit: 304
İranda qadınlar bunu geyinməsin, kişilər isə... - Qadağa

İranda düyməsiz qadın mantosunun istehsalı qadağan edilib.

Bu sözləri İran Kişi və Qadın Dərzilər Assosiasiyasının rəhbəri Həbib Təhmasibinik deyib.

O bildirib ki, artıq bütün tikiş müəssisələrinə bununla bağlı göstəriş verilib və yeni qaydaya əməl etməyənlər cəzalandırılacaqlar. Assosiasiya rəhbəri kişi geyimləri ilə bağlı heç bir yeni məhdudiyyətin qəbul edilmədiyini vurğulayıb.

Həbib Təhmasibinikin sözlərinə görə, düyməsiz qadın mantosu geyinmək islam cəmiyyətinə yaraşmaz haldır və bu cür geyimləri istehsal edən müəssisələrin fəaliyyətinə son veriləcək.









Redaktorun seçimi