Braziliyada silahlı şəxs sərnişinlərlə dolu avtobusu girov götürdü

25 dəfə oxunub
Braziliyada silahlı şəxs sərnişinlərlə dolu avtobusu girov götürdü

Bu gün səhər saatlarında, Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında silahlı şəxs avtobus sərnişinlərini girov götürüb.

Bu barədə "O Globo" yazır.

Hadisə Quanabara körfəzi üzərində salınmış 13 kilometrlik Rio-Niteroy körpüsü üzərində baş verib. 

Belə ki, istefada olan hərbi polis zabiti yerli vaxtla səhər saat 6 radələrində Rio-de-Janeyro istiqamətində hərəkət edən Galo Branco nəqliyyat şirkətinin avtobusunu girov götürərək, sürücüyə dayanmağı əmr edib və benzin tökərək nəqliyyat vasitəsini yandırmaqla hədələyib.

Girovların azad edilməsi üzrə aparılan əməliyyat nəticəsində cinayətkar snayperlə öldürülüb.

Onunla danışıqlar üç saat yarım davam edib. Bu müddət ərzində o, 37 girovdan cəmi altısını azad edib. 

Cinayətkarın motivləri barədə heç bir məlumat verilmir.



Redaktorun seçimi