Bu ölkədə həbsxanadan 250-dən çox məhbus qaçdı

39 dəfə oxunub
Bu ölkədə həbsxanadan 250-dən çox məhbus qaçdı

İndoneziyanın Qərbi Papua əyalətində iğtişaşlar zamanı həbsxanadan 258 məhbus qaçıb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bölgədə davam edən etirazlar zamanı aksiya iştirakçıları hökumət binasını yandırdıqdan sonra həbsxanaya yaxınlaşıb.

Binaya daş atan etirazçılar məhbusların qaçması üçün şərait yaradıb.

Hazırda 258 məhbusdan bəziləri saxlanılıb. Digərlərinin axtarışları davam edir. Hücum zamanı həbsxananın bir mühafizəçisi xəsarət alıb.



Redaktorun seçimi