Qırğız müxalifətinin lideri dindirilməyə çağırıldı

Hit: 228
Qırğız müxalifətinin lideri dindirilməyə çağırıldı

Qırğızıstanın müxalif Respublika Partiyasının məşhur lideri Omurbek Babanov Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinə dindirilməyə çağırılıb.

Faktor.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı komitənin mətbuat xidməti yayıb.

Onun Komitədə Baş Prokurorluğun açdığı cinayət işi üzrə şahid kimi dindiriləcəyi bildirilib.

Qeyd edək ki, Omurbek Babanov avqustun 9-da ölkəyə geri dönüb. 2017-ci ildə seşkilərdə hazırkı prezident Sooronbay Jeenbekova məğlub olduqdan sonra təzyiqlər altında ölkəni tərk edən Babanova qarşı cinayət işi də açılmışdı.









Redaktorun seçimi