Eks-prezidentin həbs müddəti uzadılıb

Hit: 257
Eks-prezidentin həbs müddəti uzadılıb

Qırğızıstan məhkəməsi keçmiş Prezident Almazbek Atambayevin həbs müddətini uzadıb.

Bu barədə onun vəkili Sergey Slesarev “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, Atambayev 26 oktyabradək həbsdə qalacaq. Vəkil qeyd edib ki, sabiq Prezident bu qərarı qanunsuz hesab edir və bununla bağlı şikayət veriləcək.

Xatırladaq ki, daha əvvəl məhkəmə Almazbek Atambayevin avqustun 26-sına qədər həbsdə qalacağına qərar vermişdi.









Redaktorun seçimi