Rusiyanın Çelyabinsk vilayəti uzunmüddətli tikintilər siyahısına salınıb

Hit: 167
Rusiyanın Çelyabinsk vilayəti uzunmüddətli tikintilər siyahısına salınıb
Rusiyanın Çelyabinsk vilayəti Ural Federal Dairəsinin uzunmüddətli tikintilər siyahısına salınıb.
Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Tikinti və mənzil kommunal təsərrüfatı naziri Vladimir Yakuşev mətbuat konfransında deyib.
 
Sözügedən vilayətdə yarımçıq tikililərin ciddi problem yaratdığını söyləyən nazir, Sverlovsk vilayətində də bu cür problemlərin yer aldığına diqqət çəkib.
 
Verilən məlumata görə, hazırda Çelyabinsk regionunda 56 problemli obyekt var. Yaxın 2 ildə isə cəmi 18 evin istifadəyə veriləcəyi gözlənilir.
 
Problemli evlərin tikintisinin başa çatdırılması üçün vilayətdə regional fond yaradılacaq.








Redaktorun seçimi