Estoniya hökuməti ictimai televiziya üçün yeni bina inşa edəcək

22 dəfə oxunub
Estoniya hökuməti ictimai televiziya üçün yeni bina inşa edəcək
Estoniya hökuməti ictimai televiziyanın yeni binasının inşası üçün 22 milyon avro büdcə ayırıb.
 
Faktor.az  AZƏRTAC-a istinadən bildirir ki, köhnə bina dəfələrlə problemlərlə üzləşib. Bunlara misal olaraq lazımi təhlükəsizlik şərtlərinə əməl olunmaması, enerji təhcizatında yaranan problemlər və binanın həddindən artıq köhnə olmasıdır.
 
Yeni binada, eyni zamanda, radio və xəbərlər evi, həmçinin əsas xəbər agentlikləri yerləşəcək. Burada 400 nəfər çalışacaq. Köhnə bina isə açıq hərraca çıxarılacaq.



Redaktorun seçimi