Peso nazirin istefasına səbəb oldu

Hit: 236
Peso nazirin istefasına səbəb oldu

Argentinanın maliyyə naziri Nikolas Duhovnı milli valyutanın kəskin devalvasiyasından sonra istefa verib.

Bu barədə şənbə günü Todo Noticias telekanalı bildirib.

"Bu gün mən 2017-ci ilin yanvarından tutduğum maliyyə naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Mən əminəm ki, yaranmış vəziyyəti nəzərə alaraq, sizin idarə heyətinizin iqtisadi sahədə əhəmiyyətli dərəcədə yenilənməsi lazımdır", - deyə Duhovnının telekanalın saytında dərc olunmuş məktubunda bildirilir.

Ölkənin prezidenti Maurisio Makri istefa ərizəsini qəbul edərək, Buenos-Ayres əyalətinin iqtisadiyyat naziri Ernan Lakunsu müşavirəyə çağırıb.

Avqustun 11-də baş tutmuş praymerizdən sonra Argentinada iqtisadi vəziyyət gərginləşib. Belə ki, seçicilərin 47,65% -i Alberto Fernandesə, 32,08% -i isə Makriyə səs verib.

Nəticələr açıqlandıqdan sonra, pesonun dollara qarşı məzənnəsi kəskin şəkildə düşdü. 









Redaktorun seçimi