Yeni Rezvani Tank modelinin növbəti tizeri dərc edilib

Hit: 165
Yeni Rezvani Tank modelinin növbəti tizeri dərc edilib

Həmyerlimiz Samir Sadıxovun dizayneri olduğu Rezvani Tank ofrouderi 2017-ci ildə işıq üzü görüb. Debütündən 3 il keçməsinə baxmayaraq, Kaliforniyada yerləşən şirkət modelin yeni nəslini təqdim etməyə hazırlaşır. Artıq Rezvani firması bunu təsdiq edən bir neçə tizerləri də dərc edib. Bu gün amerikalı istehsalçı ofrouderin yeni tizerini yayıb.

Faktor.az autograph.az-a istinadən bildirir ki, yeni avtomobilin əsas xüsusiyyətlərindən biri avtomobilin elektron sistemlərinin elektromaqnit şüalanmasından və hərbi standartlı silahdan müdafiə sistemidir. Rezvani şirkətinin nümayəndələri yeni Tank modelinin sıfırdan hazırlandıqlarını bildiriblər. Avtomobil rama konstruksiyasına, Fox Racing yolsuzluq asqısına, "dişli" yolsuzluq şinlərinə və Dodge Challenger SRT Demon modelinin mexaniki kompressorlu 6,2-litrlik V8 Hellcat mühərrikinə sahib olub. Şirkət mühəndisləri bu mühərrikin gücünü 1000 at qüvvəsinə qədər artırıblar.

Avtomobil barədə əlavə məlumat verilməyib. Yeni Rezvani Tank bu ilin yay aylarında debüt etməlidir. Onun müştərilərə çatdırılmasına qış aylarında başlanmalıdır. Avtomobili sifariş etmək üçün 2500 dollar məbləğində beh tələb olunur.

Keçən il Rezvani şirkəti Tank modelinin "hərbi" variantını təqdim edib. Avtomobil zirehli kuzov, müxtəlif  konstruksiya elementlərinin kevlardan müdafiəsi, tüstü örtüyü və gecə görüntü sistemləri, gözqamaşdıran fənərlər, stroboskoplar, sirena, əleyqazlar, ilk yardım və donmadan müdafiə dəstləri ilə təchiz edilir.









Redaktorun seçimi