Elvis Presli casus kimi göstəriləcək

Hit: 272
Elvis Presli casus kimi göstəriləcək

Serial və filmlərin kütləvi istehsalçısı olan ABŞ transmilli şirkəti "Netflix" dünya rok-n-roll əfsanəsi Elvis Presli haqqında "Agent King" adlı animasiya serialı çəkəcək.

Bu barədə "Hollywodreporter" xəbər verib.

Serial komediya xarakteri daşıyacaq. Elvis gizli bir təşkilatda işləyən və şərlə mübarizə aparan casus obrazında göstəriləcək. Serialın anonsu dahi musiqiçinin ölümünün 42-ci ildönümünə təsadüf edəcək.

Ekran işinin ssenarisini Mayk Arnold yazır. Həmmüəlliflər və icraçı prodüserlər Con Eddi və Prissilla Presli (musiqiçinin keçmiş həyat yoldaşı) olacaqlar. Prissillanın sözlərinə görə, uşaq ikən Elvis dünyanı xilas edən super qəhrəman olmaq arzusunda olub. Şou isə bu xəyalı gerçəkləşdirəcək. P.Presli "Netflix" və "Sony Animation" ilə ortaq iş sayəsində tamaşaçılara əvvəllər görmədikləri Elvisi göstərmək üçün əla fürsət olduğunu bildirib. 

Elvis Presli dünyada "rok-n-rollun kralı" kimi tanınıb. Onun adı Ginnesin Rekordlar Kitabına daxil olub. Ən çox hit olan albomların sayı 97-yə çatıb. Qeydlərinin ümumi tirajı bir milyard nüsxəni keçib. Dünya ulduzu 16 avqust 1977-ci ildə 42 yaşında infarktdan dünyasını dəyişib. Onun ölümünə səbəb trankvilizator və narkotikdən aşırı dərəcədə istifadə etməsi olub.

 

 

 









Redaktorun seçimi