Fransada atəşfəşanlıq zamanı 13 nəfər xəsarət aldı

Hit: 321
Fransada atəşfəşanlıq zamanı 13 nəfər xəsarət aldı

Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb.

Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.

Polis partlayışla bağlı araşdırma başlayıb.









Redaktorun seçimi