Turistə "eybəcər" deyən aeroport işçisi qovuldu

Hit: 198
Turistə "eybəcər" deyən aeroport işçisi qovuldu

Turistə "eybəcər" deyən hava limanı işçisi vəzifəsindən kənarlaşdırılıb.

Faktor.az nypost-a istinadla xəbər verir ki, hava limanında detektor cihazından keçən turisti təhqir edən aeroport mühafizəçisi işdən qovulub.

40 yaşlı Neal Strassner adlı şəxs Nyu-York hava limanı işçisinin onu alçaltdığını söyləyərək mühafizəçi qadından səlahiyyətli orqanlara şikayət edib.

Məsələ araşdırılandan sonra ,TSA ( Transportation Security Administration ) şirkətinin işçisi vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Roçester beynəlxalq hava limanında çalışan qadının kağıza "eybəcər" sözlərini yazaraq turistə verdiyi anlar aeroportun təhlükəsizlik kamerasına düşüb.









Redaktorun seçimi