Paltaryuyan maşında yuyulan pişik bu hala düşdü

Hit: 296
Paltaryuyan maşında yuyulan pişik bu hala düşdü

İngiltərənin cənub-şərqindəki Kent qraflığının Gillingham rayonunda qəribə olay yaşanıb.

Sözügedən rayonda yaşayan qadın evdə paltaryuyarkən içərisini yoxlamadan maşını işə salıb.

Nəticədə paltaryuyan maşının içərisində yatan pişik də paltarlarla bərabər bir neçə dəqiqə yuyulub. Üzərinə qaynar su tökülməyə başlayan pişik miyoldayaraq ev sahibindən kömək istəyib.

Təxminən 10-15 dəqiqə sonra ev sahibi səsi eşidib və pişiyi xilas edib. O, 4 aylıq pişik balasını baytara aparıb. Xoşbəxtlikdən pişik balası sağ qalıb. Lakin, onun sümükləri qırılıb.









Redaktorun seçimi