ABŞ İran gəmisinin saxlanılması barədə qərar verdi

Hit: 136
ABŞ İran gəmisinin saxlanılması barədə qərar verdi

ABŞ İranın bir neçə gün öncə sərbəst buraxılan "Qreys-1 tankerinin saxlanılmasıyla bağlı qərar qəbul edib.

Publika.az bu haqda Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 4-də Cəbəlliütariq boğazında İran neftini daşıyan “Grace-1” tankeri Böyük Britaniya hərbçiləri tərəfindən saxlanılmışdı. Tankerin saxlanılmasına səbəb Suriyaya tətbiq edilən embarqo olduğu qeyd edilir. Bu gəminin ABŞ-ın terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçilər Korpusunun maraqlarını təmin etmək üçün Suriyaya neft daşıdığı bəyan edilib.

Bir neçə gün əvvəl Cəbəllütariq 1 aydan çox saxladığı İran gəmisini və ekipajını azad edib.

İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.









Redaktorun seçimi