Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır

29 dəfə oxunub
Türkiyə Qətərdə ikinci hərbi bazasını yaradır

Qətər ərazisində Türkiyəyə məxsus ikinci hərbi bazanın tikintisi başa çatıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, yeni bazanın açılışı bu ilin payızında baş tutacaq.

Açılış mərasimində Qətər əmiri Tamim bin Həməd əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin Qətərdəki ilk hərbi bazası paytaxt Dohadan cənubda 2015-ci ilin oktyabrından fəaliyyət göstərir. Bazada 3 minədək hərbçi xidmət edir.



Redaktorun seçimi