Çin-dən ABŞ-a ZƏRBƏ: gəmilərin girişi qadağan edildi

Çin hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinin Honkonq limanına daxil olması ilə bağlı xahişini rədd edib.
Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Honkonqa gəlmək istəyən ABŞ-ın “Qrin Bay” desant gəmisi və “Leyk Erie” raket kreyseri olub.
Çin hökuməti gəmilərin Honkonqa girişinə izn verməməsinin səbəbini açıqlamayıb.


