Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş

44 dəfə oxunub
Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçərkən onu izləyən NATO-nun “F-18” qırıcısı İspaniya Hərbi Hava Qüvvələrinə aiddir.

“İnterfax” xəbər verir ki, bu təyyarələr NATO-nun hava polisinə aiddir və əsas vəzifəsi Baltikyanı ölkələrin hava məkanını qorumaqdır.

Qeyd edək ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltika donanmasının dəniz aviasiyasının iki “Su-27” qırıcısı müşayiət edib.

“F-18” təyyarəsi S.Şoyqunun olduğu avialaynerə yaxınlaşmaq istəyib, ancaq “Su-27”lərin pilotları onu sıxışdıraraq uzaqlaşdırıblar.

oxu.az



Redaktorun seçimi