Rusiyalı general Ermənistandakı hərbi bazaya gəlib

25 dəfə oxunub
Rusiyalı general Ermənistandakı hərbi bazaya gəlib

Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Andrey Kartapolovun başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın Gümrü şəhərində dislokasiya edilmiş Rusiyanın 102-ci hərbi bazasında olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin məlumatında deyilir.

102-ci hərbi bazanın komandiri Vladimir Yelkanov Müdafiə nazirinin müavininə birləşmənin yaranma tarixi barədə məlumat verib, onun strukturu, fəaliyyəti və müasir hərbi texnikası ilə tanış edib.

Nümayəndə heyəti səfər zamanı hərbçilərin məişət şəraiti ilə tanış olub.

Qeyd edək ki, Rusiya və Ermənistan 2010-ci ilin avqustunda Gümrüdə hərbi bazanın yerləşdirilməsi haqqında müqavilənin müddətini 2044-cü ilədək uzadıb.



Redaktorun seçimi