Təcavüzdə ittiham olunan Ronaldo haqqında qərar

Hit: 219
Təcavüzdə ittiham olunan Ronaldo haqqında qərar

İtaliyanın “Yuventus” futbol klubunun ulduzu Kriştiano Ronaldonun təcavüzdə ittiham olunduğu məsələ ilə bağlı qərar verilib.

Oxu.Az xəbər verir ki, Las Veqas prokurorluğunun apardığı araşdırma nəticəsində məlum olub ki, portuqaliyalı ulduzun təcavüzdə günahlandırılması sübuta yetirilməyib. Elə bu səbəbdən prokurorluq Ronaldonun cəza almayacağını açıqlayıb.

Qeyd edək ki, 34 yaşlı Ketrin Mayorqa Madrid “Real”ının sabiq oyunçusunun 2009-cu ildə Las Veqasdakı hotellərin birində ona təcavüz etdiyini iddia edib. 33 yaşlı Ronaldo bu iddianı rədd edib.

K.Ronaldonun anası Dolores Aveyro isə K.Mayorqa haqqında “Hər halda oğlumun hotel nömrəsinə kart oynamaq üçün getmədi”, - deyərək qalmaqallı hadisəyə qoşulub.

 

 
 

 









Redaktorun seçimi